Cumuə - 62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
"ÜMMİ" ifadəsi, "Oxuma, yazma bilməyən" deyil, "Daha öncə nazil edilən kitabları oxumamış, o kitablardan xəbərdar olmayan." anlamındadır.
Bəqərə/2:78
Aralarında ümmilər var ki, boş şeylərə və (ağızdan-ağıza) eşitdiklərindən başqa kitabı bilməzlər; bildiklərini zənn edərlər.
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
Ənkəbut/29:48
Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.