Cumuə - 62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
Muhəmməd peyğəmbərdən öncə Məkkə cəmiyyəti, uzun bir müddət kitab verilməmiş, dəyərini itirmiş, yoldan çıxmış bir camaat idi:
Saffat/37:69
Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.
Saffat/37:70
Və onların izlərini kor-koranə izləyirdilər.
Hud/11:109
Bunların qulluq/xidmət etdiklərindən heç bir şübhən olmasın. Eyni daha öncəki atalarının qulluq/xidmət etdiyi kimi qulluq/xidmət edirlər. Onların nəsiblərini əskiksiz olaraq özlərinə ödəyəcəyik.
Tovbə/9:97
Ərəblər inkar etməkdə və ikiüzlülükdə ən həddi aşanlardır. Allahın elçisinə nazil etdiyini tanımamağa da ən yaxındırlar. Allah Biləndir, Hikmət sahibidir.
Tur/52:30
Yoxsa, "O bir şairdir, onun ölməsini gözləyirik." deyirlər?
Tur/52:32
Bunları röyalarının təsiri ilə söyləyirlər, yoxsa onlar həddi aşan bir topluluqdur?
Nisa/4:94
Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.
Bəqərə/2:198
Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.
Ali İmran/3:164
Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.
Saffat/37:69
Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.
Saffat/37:70
Və onların izlərini kor-koranə izləyirdilər.
Ğafir/40:66
De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156
Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Qasas/28:46
(Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
Ya sin/36:5
Bu, Üstün və Rəhmli olanın nazil etdiyi bir vəhydir.
Ya sin/36:6
Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...
Zuxruf/43:5
Həddi aşan bir camaatsınız deyə, mesajı sizə çatdırmaqdan vaz keçək?
Səba/34:44
Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Ali İmran/3:103
Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.
Cumuə/62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
Maidə/5:19
Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.