Cumuə - 62:3
Və hələ onlara qatılmamış olan başqalarına da... O Üstündür, Hikmət Sahibidir.
Quran bütün insanlığa, bütün dövrlərə mesajdır:
Ənbiya/21:24
Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
Ənam/6:19
Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
Nisa/4:79
Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.
Əraf/7:158
De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Ənbiya/21:107
Biz səni bütün xalqlara bir rəhmət olaraq göndərdik.
Səba/34:28
Biz səni bütün insanlara bir müjdəçi və xəbərdar edici olaraq göndərdik. Ancaq insanların çoxu bilməz.
Şura/42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
Cumuə/62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
Cumuə/62:3
Və hələ onlara qatılmamış olan başqalarına da... O Üstündür, Hikmət Sahibidir.