Talaq - 65:10 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Elə isə, ey ağıl sahibi olan iman edənlər, Allahı dinləyin. Allah sizə mesaj endirmişdir.
Quran (Zikr) necə nazil edildi?

İsra/17:105 Gerçəkdən onu Biz nazil etdik və o gerçək ilə nazil oldu. Səni də ancaq bir müjdələyici və xəbərdarlıq edən olaraq göndərdik.
İsra/17:106 Uzun bir zaman ərzində insanlara oxumağın üçün ayırdığımız bir Qurandır. Onu toplu şəkildə nazil etmişdik.

Zumər/39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.

Nəhl/16:102 De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."

Şuəra/26:194 Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.

Kəhf/18:1 Allaha tərif olsun, quluna kitabı nazil etmiş və onda heç bir əyriliyə yer verməmişdir.

İnsan/76:23 Şübhəsiz, Quranı sənə bir nazil etmə (yolu) ilə Biz nazil etdik.

Zumər/39:41 Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.

Hud/11:1 Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.

Ali İmran/3:7 O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.

Nisa/4:82 Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Furqan/25:32 İnkar edənlər: "Quran, ona nə üçün bir dəfədə nazil edilmədi?" dedilər. Biz bu şəkildə onu yaddaşına yerləşdirməkdə və onu müəyyən edilmiş bir sıraya görə oxumaqdayıq.