Təhrim - 66:4
İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.
İman edənlər elçini dəstəkləyir:
Nisa/4:83
Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.
Nisa/4:84
Allah yolunda savaşmalısan! Sən ancaq özünə cavabdehsən. İman edənləri də eyni şeyə təşviq et ki, Allah kafirlərin gücünü təsirsiz hala gətirsin. Allahın gücü daha şiddətli, cəzası daha çətindir.
Ənfal/8:62
Səni aldatmaq istəyərlərsə, Allah sənə yetər. O ki səni yardımı ilə və iman edənlərlə dəstəklədi.
Tovbə/9:99
Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:103
Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.