Təhrim - 66:4
İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.
Mələklər elçini dəstəkləyir:
Maidə/5:67
Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.
Ənfal/8:9
Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:12
Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Tovbə/9:26
Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.