Mulk - 67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.
"Aldanma günü": Məqsəd nədir?
Təğabun/64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.

Mulk/67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.

Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74 "Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.

Rum/30:12 Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.

Yunus/10:28 Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.
Yunus/10:29 "Bizimlə sizin aranızda Allah şahiddir ki, biz sizin qulluq etmənizdən xəbərsiz idik."

Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Nəhl/16:86 Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.

Məryəm/19:81 Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.
Məryəm/19:82 Tam əksi! (Ortaqları) bu qulluq/xidmət etməyi rədd edəcəklər və onlara qarşı çıxacaqlar.

Əhqaf/46:5 Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?
Əhqaf/46:6 İnsanlar toplandığı zaman onlara (ortaq qoşanlara) düşmən olacaqlar və onların (ortaq qoşanların) onlara qulluq/xidmət etmələrinə qarşı çıxacaqlar.

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Mulk/67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Mulk/67:10 "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.

Nəhl/16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.

İbrahim/14:22 Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Ənam/6:22 Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."

Sad/38:61 "Rəbbimiz, kim bizi bu vəziyyətə saldısa onun cəzasını atəşdə iki qat olaraq artır," deyə əlavə edərlər.
Sad/38:62 "Necə olur ki, pis olaraq hesab etdiyimiz insanları görə bilmirik?"
Sad/38:63 "Onlarla istehza edirdik. Yoxsa onları gözlərimizdənmi yayındırdıq?"

Ya sin/36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.