Qaləm - 68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Heç bir şey üçün, bunu sabah edəcəyəm, deməməliyik:
Kəhf/18:23 Heç bir şey üçün: "Bunu sabah edəcəyəm!" demə!
Kəhf/18:24 Ancaq: "Allah istəyərsə (edəcəyəm)," deyərək Rəbbini xatırla. Unudarsansa, o zaman da, "Bəlkə Rəbbim növbəti dəfə məni daha yaxşıya yetişdirər," de.
Kəhf/18:69 Dedi: "Allah istəyərsə məni səbrli görəcəksən; Sənə heç bir işdə qarşı gəlməyəcəyəm."

İnsan/76:30 Allah istəmədikcə, siz istəyə bilməzsiniz. Allah Biləndir, Hikmət Sahibidir.

Təkvir/81:29 Nə istəsəniz, ancaq aləmlərin Rəbbi olan Allahın istədiyinə görədir.

Yunus/10:16 De ki: "Allah istəsəydi, onu sizə oxuya bilməzdim və sizin də ondan xəbəriniz olmazdı. Bundan öncə bir ömür boyu aranızda yaşadım. Anlamırsınız?"

Bəqərə/2:102 Süleymanın hökmranlığı haqqında şeytanların anlatdığına tabe oldular. Halbuki Süleyman inkar etmədi; insanlara sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı öyrədən şeytanlar inkar etmişdi. Bu ikisi: “Bu bir sınaqdır, (bu biliyi pislik etmək üçün istifadə edib) nankor olmayın!”– deməmiş kimsəyə onu öyrətməzdilər. Fəqət o ikisindən öyrəndiklərini, ər ilə arvadı bir-birindən ayırmaq üçün istifadə etdilər. Halbuki Allahın izni olmadan onlar heç kimsəyə bir zərər verə bilməzdi. Özlərinə fayda verəni deyil, zərər verəni öyrənirdilər. Üstəlik, ona müştəri olanların axirətdə bir payının olmadığını da yaxşı bilirdilər. Qarşılığında şəxsiyyətlərini satdıqları şey necədə pisdir. Bir bilsəydilər!

Hədid/57:22 Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.
Hədid/57:23 Bu, itirdiyiniz bir şey üçün üzülməməyiniz və Onun sizə verdiyi nemətlərlə də (həddi aşıb) qudurmamağınız üçündür. Allah özünü bəyənib öyünənləri sevməz.