Haqqə - 69:48 Şübhəsiz bu, müttəqilər üçün bir xatırlatmadır.
Quran bir xatırlatmadır: Əlaqəli
Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.


Haqqə/69:48 Şübhəsiz bu, müttəqilər üçün bir xatırlatmadır.
Haqqə/69:49 İçinizdə yalanlayanlar olduğunu yaxşı bilirik.

Muzzəmmil/73:19 Bu, bir xatırlatmadır; istəyən, Rəbbinə doğru yol tutar.

İnsan/76:29 Bu bir xatırlatmadır: İstəyən, Rəbbinə varan bir yol tutar.

Saffat/37:14 Bir dəlil gördüklərində onu məsxərəyə qoyurlar.


Zəriyət/51:55 Xatırlat, çünki xatırlatmaq iman edənlərə fayda verər.