Ənam - 6:17 Allah sənə bir zərər toxundurmuşsa, Ondan başqası onu aradan qaldıra bilməz. Sənə bir yaxşılıq eləmişsə, O, hər şeyə qadirdir.
Allahın istəməsinə heç kimsə əngəl ola bilməz:
Əhzab/33:17 De ki, "Allah sizin üçün bir pislik istəsə və ya bir rəhmət istəsə, Ona qarşı sizi kim qoruyacaq? Onlar Allahdan başqa bir sahib və yardımçı tapa bilməyəcəklər."
قُلْ مَنْ ذَا الَّذ۪ي يَعْصِمُكُمْ مِنَ اللّٰهِ اِنْ اَرَادَ بِكُمْ سُٓوءاً اَوْ اَرَادَ بِكُمْ رَحْمَةًۜ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللّٰهِ وَلِياًّ وَلَا نَص۪يراً

Mulk/67:28 De ki, "Baxın, Allah yanımdakılarla birlikdə məni həlak edərsə, yaxud bizə mərhəmət göstərərsə, inkar edənləri ağrılı-acılı əzabdan kim qurtara bilər?"
قُلْ اَرَاَيْتُمْ اِنْ اَهْلَكَنِيَ اللّٰهُ وَمَنْ مَعِيَ اَوْ رَحِمَنَاۙ فَمَنْ يُج۪يرُ الْكَافِر۪ينَ مِنْ عَذَابٍ اَل۪يمٍ

Ənam/6:17 Allah sənə bir zərər toxundurmuşsa, Ondan başqası onu aradan qaldıra bilməz. Sənə bir yaxşılıq eləmişsə, O, hər şeyə qadirdir.
وَاِنْ يَمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُٓ اِلَّا هُوَۜ وَاِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

Yunus/10:107 Allah sənə bir zərər toxundurarsa onu, Ondan başqa ortadan qaldıracaq yoxdur. Sənin üçün bir yaxşılıq diləyərsə, Onun lütfünü də geri çevirəcək yoxdur. Qullarından istədiyinə bunu verir. O, Bağışlayandır, Rəhmlidir.
وَاِنْ يَمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُٓ اِلَّا هُوَۚ وَاِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَٓادَّ لِفَضْلِه۪ۜ يُص۪يبُ بِه۪ مَنْ يَشَٓاءُ مِنْ عِبَادِه۪ۜ وَهُوَ الْغَفُورُ الرَّح۪يمُ

Zumər/39:38 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.
وَلَئِنْ سَاَلْتَهُمْ مَنْ خَلَقَ السَّمٰوَاتِ وَالْاَرْضَ لَيَقُولُنَّ اللّٰهُۜ قُلْ اَفَرَاَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللّٰهِ اِنْ اَرَادَنِيَ اللّٰهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّه۪ٓ اَوْ اَرَادَن۪ي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِه۪ۜ قُلْ حَسْبِيَ اللّٰهُۜ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ

Ali İmran/3:26 De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
قُلِ اللّٰهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَٓاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَٓاءُۘ وَتُعِزُّ مَنْ تَشَٓاءُ وَتُذِلُّ مَنْ تَشَٓاءُۜ بِيَدِكَ الْخَيْرُۜ اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ