Ənam - 6:2
O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.
Rəbbimiz bizi nə məqsəd ilə yaratdı?
Əraf/7:23
Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:24
(Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Əraf/7:25
(Allah) dedi ki: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız."
Bəqərə/2:35
“Adəm! Zövcənlə birlikdə Cənnətdə qal. İstədiyiniz yerdə ondan bolca yeyin; ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız!" - dedik.
Bəqərə/2:36
Şeytan, onları oradan çaşdırıb olduqları yerdən çıxartdı. Nəhayət, “Bir-birinizə düşmən olaraq aşağı enin! Yer üzündə müəyyən olunmuş vaxta qədər qalıb yaşayacaqsınız,” dedik
Bəqərə/2:37
Adəm, Rəbbindən kəlmələr aldı. Bundan sonra onun tövbəsini qəbul etdi. O, yönəlmələrə qarşılıq verəndir, Rəhmlidir.
Hud/11:118
Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Zəriyət/51:56
Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Bəqərə/2:28
Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.
Ənam/6:122
Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Casiyə/45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Duxan/44:53
İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.
İnsan/76:2
Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Bələd/90:4
İnsanı çətinliklər arasında (müqavimət göstərməsi üçün) yaratdıq.