Ənam - 6:6 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Sizi məskunlaşdırmadığımız bir şəkildə onları yer üzündə məskunlaşdırmışdıq. Onları nemətlərə boğmuş, ölkələrini də çaylarla əhatə etmişdik. Fəqət günahlarından ötrü onları məhv etdik və onlardan sonra başqa nəsillər yetişdirdik.
Daha öncə məhv edilən nəsillər:
Həcc/22:42 Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:44 Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...

Sad/38:12 Onlardan öncə Nuh xalqı, Ad və piramidalar sahibi Firon da yalanlamışdı.
Sad/38:13 Səmud, Lut xalqı və Əykəlilər də... Onlar partiyalardı (firqələrdi). 
Sad/38:14 Hamısı da elçiləri yalanladılar və cəzama layiq oldular.

Qaf/50:12 Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.

Nəcm/53:52 Və ondan öncə Nuhun xalqını da; onlar çox zalım və çox azğın kimsələr idi.