Ənam - 6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Mələklər insan formasında gələrək, camaatın məhv ediləcəyini bildirir:
Hicr/15:5
Heç bir camaat müəyyən edilmiş vaxtını nə (önə) keçə bilər, nə də gerisində qala bilər.
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Hicr/15:7
"Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."
Hicr/15:8
Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Zəriyət/51:31
(İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.
Zəriyət/51:32
Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."
Zəriyət/51:33
"Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."
Zəriyət/51:34
"Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."
Furqan/25:21
Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
Furqan/25:22
Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.