Ənam - 6:91
"Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
Musaya verilən kitabın məzmunu nə idi?
İsra/17:2
Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
Bəqərə/2:53
(Doğru) yola gəlməyiniz üçün də Musaya Kitabı və qanunu verdik.
Ənam/6:154
Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
Əraf/7:144
Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."
Əraf/7:145
Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Ənbiya/21:48
Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.
Muminun/23:49
Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.
Qasas/28:43
İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik; bəlkə öyüd alarlar deyə.
Səcdə/32:23
Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
Ğafir/40:53
Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
Ğafir/40:54
Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.
Əhqaf/46:12
Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.
Əraf/7:150
Musa, qəzəbli və məyus halda xalqına döndüyü zaman, "Məndən sonra arxamdan necə də pis işlər gördünüz! Rəbbinizin əmrinə dözə bilmədinizmi?" dedi, lövhələri yerə atdı, qardaşının başını tutub özünə doğru çəkdi. (Qardaşı:) "Anamın oğlu, dedi, bu xalq mənim zəifliyimdən faydalandı, az qalmışdı məni öldürəcəkdilər. Üzərimə gələrək düşməni güldürmə, məni bu zalım xalqla eyni tutma."