Məaric - 70:1 Sorğu-sual edən birisi, gerçəkləşəcək əzabı soruşdu.
70: 1, 2, 3 ilə əlaqəli
Ənbiya/21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
وَيَقُولُونَ مَتٰى هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صَادِق۪ينَ
Ənbiya/21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
لَوْ يَعْلَمُ الَّذ۪ينَ كَفَرُوا ح۪ينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ
Ənbiya/21:40 Həqiqətən, onlara qəflətən gələcək və onları heyrətə salacaqdır. Nə onu geri çevirməyə gücləri yetər, nə də onlara möhlət verilər.
بَلْ تَأْت۪يهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَط۪يعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ