Məaric - 70:21
Ona yaxşılıq toxunduğu zaman isə xəsisdir.
Əlaqəli:
Şura/42:30
Sizə toxunan bir pislik, işlədiklərinizin bir nəticəsidir. O, bir çoxunu da əfv edər.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Qasas/28:47
Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...
Rum/30:36
İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
Rum/30:41
İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.
Səba/34:50
De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."
Nisa/4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Nisa/4:79
Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.