Nuh - 71:6 "Amma çağırışım onların qaçmasını artırmaqdan başqa şeyə yaramadı."
İnkar edənlərin Nuh peyğəmbərə münasibəti necə oldu?
Nuh/71:21 Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:23 Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24 "Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."

Əraf/7:59 Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Əraf/7:60 Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.

Hud/11:25 Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26 "Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27 Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.

Muminun/23:23 Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Muminun/23:24 Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:25 "O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."

Şuəra/26:106 Qardaşları Nuh onlara demişdi ki, "Dinləyib müttəqi davranmayacaqsınız?"
Şuəra/26:109 "Buna qarşılıq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:111 Dedilər ki, "Sənə tabe olanlar adi və pis kimsələr ikən, necə ola bilər ki, sənə iman edək?"
Şuəra/26:112 Dedi ki, "Onların etdiklərindən bir məlumatım yoxdur."
Şuəra/26:113 "Hesabları, yalnız Rəbbimə aiddir; Kaş ki, anlasanız!"
Şuəra/26:116 Dedilər ki, "Bax, Nuh, bu davranışına bir son qoymasan daşqalaq edilənlərdən olacaqsan."

Qamər/54:9 Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.