Cinn - 72:10 "Yerdəkilər üçün bir pislikmi planlanmışdır, yoxsa Rəbləri onlar üçün bir yaxşılıqmı istəmişdir, bilmirik."
Allahdan başqa kimsə sirləri bilə-bilməz:
Bəqərə/2:31 Adəmə bütün isimləri (vəsfləri) öyrətdi, sonra onları mələklərə göstərib, "Doğrusunuzsa, bunların isimlərini (xüsusiyyətlərini, vəsflərini) siz mənə bildirin," dedi.
Bəqərə/2:32 Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”

Nəml/27:65 De ki, "Göylərdə və yerdə, Allahdan başqa kimsə gələcəyi bilə bilməz. Nə zaman diriləcəklərinin belə fərqinə vara bilməzlər."

Məryəm/19:77 Ayələrimizi rədd edən və, "Mənə mal və övlad veriləcək," deyəni gördünmü?
Məryəm/19:78 Gələcəyin bilgisinəmi sahib oldu? Yoxsa Rəhmandan bir sözmü aldı?
Məryəm/19:78 Gələcəyin bilgisinəmi sahib oldu? Yoxsa Rəhmandan bir sözmü aldı?

Tur/52:38 Yoxsa üzərinə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanlarımı var? Elə isə dinləyiciləri açıq-aydın bir dəlil gətirsin.

Nəcm/53:35 Gizli şeylərin bilgisinəmi sahibdir ki, (gələcəyi) görür?

Səba/34:14 Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.

Loğman/31:34 Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.

Tur/52:41 Yoxsa gizli şeylərin bilgisinəmi sahibdirlər və onu özlərimi yazırlar?