Muzzəmmil - 73:7 Səni gündüz vaxtı məşğul edəcək xeyli işlərin vardır.
"Səni gün ərzində məşğul edəcək işlərin vardır": Əlaqəli
Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.

İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Muzzəmmil/73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Muzzəmmil/73:7 Səni gündüz vaxtı məşğul edəcək xeyli işlərin vardır.

Ənam/6:96 Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.

Yunus/10:67 O ki, gecəni sizin dincəlməniz üçün əlverişli, gündüzü də aydınlıq etdi. Dinləyən bir topluluq üçün bunda dəlillər vardır.

İbrahim/14:33 Görəvlərini gecikdirməyən günəşi və ayı xidmətinizə sundu, gecəni və gündüzü də xidmətinizə sundu.

Rum/30:23 Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.

Ğafir/40:61 Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.

Nəbə/78:11 Gündüzü də dolanışığı təmin etmə vaxtı olaraq təyin etdik.