Qiyamə - 75:1
Dirilmə gününə and içirəm.
Dirilmə və mühakimə etmək Allahın sözüdür:
Zəriyət/51:5
Sizə söz verilən şübhəsiz bir gerçəkdir.
Zəriyət/51:6
Haqq-hesab həqiqətən gerçəkləşəcəkdir.
Ğafir/40:77
Elə isə səbr et. Allahın sözü gerçəkdir. Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onlar Bizə döndəriləcəklər.
Tur/52:7
Rəbbinin cəzalandırması həqiqətən gerçəkləşəcəkdir.
Tur/52:8
Ona mane olacaq heç bir güc yoxdur.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Mursəlat/77:7
Sizə söz verilənlər mütləq gerçəkləşəcəkdir.
Mursəlat/77:8
Ulduzlar söndürüldüyü,
Mursəlat/77:9
Göyün yarıldığı,
Mursəlat/77:10
Dağların ovxalanıb sovurulduğu,
Mursəlat/77:11
Və elçilərə randevu verildiyi zaman,
Mursəlat/77:12
Müəyyən edilən gün üçün...
Mursəlat/77:13
Yəni Qərar Günü üçün!
Mursəlat/77:14
O necə bir Haqq-hesab günüdür bilirsənmi?!
Mursəlat/77:15
Yalanlayanların vay halına o gün!
Muzzəmmil/73:17
Bəs, inkar edərsinizsə, uşaqların saçlarını ağardan bir gündən necə qorunarsınız?
Muzzəmmil/73:18
Göy belə ondan ötrü yarılar. Onun sözü gerçəkləşər.
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Nəhl/16:38
"Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
Əhqaf/46:17
Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
Haqqə/69:13
Boruya bir dəfə üfürüldüyü zaman,
Haqqə/69:14
Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
Haqqə/69:15
Qaçılmaz hadisə gerçəkləşdiyi, məhz o gün.
Şura/42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Ğafir/40:55
Elə isə səbr et. Çünki Allahın sözü gerçəkdir. Günahların üçün də bağışlanma istə və Rəbbini axşam, səhər tərifləyərək Ucalt.
Yunus/10:52
Sonra zülm edənlərə: "Əbədi əzabı dadın" deyilər, "Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?"
Yunus/10:53
"Bu gerçəkdən doğrudurmu?" deyə səndən xəbər gözləyirlər. De ki: "Əlbəttə, Rəbbimə and olsun ki, o gerçəkdir və siz onu əngəlləyə bilməzsiniz!"
Yunus/10:54
Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.
Yunus/10:55
Göylərdə və yerdə olan hər şey Allahındır. Allahın sözü tamamilə gerçəkdir; fəqət onların çoxu bilməz.
Yunus/10:56
O, dirildir və öldürür. Ona döndəriləcəksiniz.
Zəriyət/51:60
Onlara söz verilən Günə görə vay halına bu inkar edənlərin!
Ənkəbut/29:5
Kim Allah ilə qarşılaşmağı ümid edirsə, (bunu bilsin ki,) Allahla müəyyən edilmiş görüş mütləq gerçəkləşəcəkdir. O, Eşidəndir, Biləndir.
Rum/30:60
Elə isə səbr et. Allahın sözü gerçəkdir. Qəti inanca sahib olmayanlar səni etinasızlığa sürükləməsin.
Məaric/70:42
Burax onları, onlara söz verilən gün ilə qarşı-qarşıya gəlincəyə qədər dalsınlar, oynayıb-əylənsinlər.
Məaric/70:43
O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44
Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.