Qiyamə - 75:32 Fəqət yalanladı və üz çevirdi.
Əlaqəli:
Bəqərə/2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Bəqərə/2:76 İman edənlərlə qarşılaşınca, “İman etdik!”– deyərlər; baş-başa qaldıqlarında isə: “Rəbbiniz qatında sizə qarşı dəlil olaraq istifadə etmələri üçün, Allahın sizə açıqladığınımı onlara anladırsınız, məgər dərk etmirsiniz?”– deyərlər.

Ali İmran/3:72 Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."
Ali İmran/3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.

Maidə/5:61 Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.

Qiyamə/75:33 Sonra özünü darta-darta tərəfdarlarının yanına getdi.

Mutaffifin/83:29 Günahkarlar iman edənlərə gülərdilər.
Mutaffifin/83:30 Yanlarından keçdikləri zaman da bir-birlərinə qaş-göz edib aşağılayırdılar.
Mutaffifin/83:31 Tərəfdarlarının yanına döndükləri zaman da məsxərəyə qoyurdular.