İnsan - 76:14 Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
Cənnətin kölgəsi:
Mursəlat/77:41 Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...

Nisa/4:57 İman edib müttəqi davrananları isə içindən çaylar axan cənnətlərə (bağçalara) yerləşdirəcəyik; orada daimi qalarlar. Onlar üçün orada çox təmiz zövcələr var. Onları sərin kölgəliklərə daxil edəcəyik.

Rad/13:35 Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.

Ya sin/36:56 Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.


Ta ha/20:117 "Adəm, Bu sənin və zövcənin düşmənidir. Ehtiyatlı olun, sizi Cənnətdən çıxartmasın, yoxsa pərişan olarsan" dedik.
Ta ha/20:118 "Burda nə acarsan, nə də açıqda qalarsan."
Ta ha/20:119 "Burda nə susuzluq çəkər, nə də istidən daralarsan."

Mursəlat/77:41 Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...