Mursəlat - 77:2 Əsib sovuranlara,
Əsib sovuranlar, yaydıqxa yayanlar / Buludları sürükləyib yayan və yağmur yüklü ağır buludları əmələ gətirən küləklər:
Bəqərə/2:164 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.

Əraf/7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.

Hicr/15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.

Nur/24:43 Bilmirsənmi ki, Allah buludları sürüyər, sonra onları birləşdirər, sonra onları bir-birinin üstünə yığar və sən də yağmurun onların arasından çıxdığını görürsən? Göydən, böyük kütlələrdən dolu yağdırar, istədiyi kimsəni ona məruz qoyar və istədiyindən də onu uzaq tutar. Şimşəyinin parıltısı az qala gözləri alır.

Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.

Fatir/35:9 Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.