Mursəlat - 77:36 Və üzr istəmələri üçün onlara izin də verilməz.
Allah dirilmə günü inkar edənlərlə danışmaz, bəhanələrini dinləməz:
Nəhl/16:84 Hər topluluqdan bir şahid göndərdiyimiz gün, inkar edənlərə nə izin verilər, nə də üzrləri qəbul edilər.

Bəqərə/2:174 Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.

Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Muminun/23:107 "Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108 Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110 "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."

Ğafir/40:52 O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.

Ali İmran/3:77 Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Fussilət/41:24 Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.

Casiyə/45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.

Təhrim/66:7 Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.

Nəml/27:85 Haqsızlıq etdikləri üçün verilən söz başlarına gələr və artıq danışa bilməzlər.


Casiyə/45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.