Mursəlat - 77:39
Bir planınız varsa, mənə qarşı onu tətbiq edin!
İnkar edənlərin dirilmə günü qaçacaq yeri yoxdur:
Nisa/4:121
Varacaqları nöqtə Cəhənnəmdir; Ondan qaça bilməzlər.
Kəhf/18:53
Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.
Ta ha/20:95
(Musa) dedi ki, "Bəs, sənin müdafiən nədir, Samiri?"
Ta ha/20:96
(Samiri) dedi ki, "Onların görmədiyini gördüm, elçinin təlimindən bir qismini alıb atdım. Belə uyğun gördüm."
Fəcr/89:25
O gün, Onun cəzası kimi bir cəzanı kimsə verə bilməz.
Fəcr/89:26
Onun vurduğu bağ kimi də kimsə bağlaya bilməz.
Ta ha/20:97
(Musa) dedi ki, "Rədd ol! Həyatın boyunca yaxına belə gəlmə. Sənə söz verilən bir an var ki, ondan qaça bilməyəcəksən. Qulluq/xidmət etdiyin tanrına bax, biz onu yandırıb dənizə sovuracağıq."
Səba/34:51
Qorxuya qapıldıqları anı bir görəsən; qaça bilməzlər; yaxın bir yerdən yaxalanmışlar.
Ğafir/40:32
"Xalqım, sizin üçün Toplanma Günündən qorxuram."
Ğafir/40:33
"O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."
Fussilət/41:48
Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.
Qamər/54:44
Yoxsa, "Biz, zəfərə nail olacaq bir camaatıq" deyirlər?
Qamər/54:45
O camaat məğlubiyyətə uğradılacaq; dönüb qaçacaqlar.
Qamər/54:46
Saat onları gözləməkdədir, daha qorxunc və ağrılı-acılıdır.
Qiyamə/75:10
O gün insan oğlu, "Qaçacaq yer haradadır?" deyər.
Qiyamə/75:11
Xeyr, bir sığınacaq yoxdur.
Qiyamə/75:12
O gün son durulacaq yer Rəbbinin hüzurudur.
Əbəsə/80:33
Sonra, o müdhiş partlama gerçəkləşincə,
Əbəsə/80:34
O gün insan qaçar: qardaşından,
Əbəsə/80:35
Anasından, atasından,
Əbəsə/80:36
Həyat yoldaşından və uşaqlarından...
Əbəsə/80:37
O gün hər kəsin özünə yetəcək işi vardır.