Mursəlat - 77:8 Ulduzlar söndürüldüyü,
Dünyanın sonunda göyün vəziyyəti:
Ənbiya/21:104 O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.

Furqan/25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,

Zumər/39:67 Allahı layiqincə dəyərləndirmədilər. Halbuki, Dirilmə Günü, bütün yer Onun Ovucu içindədir, göylər də Onun sağ əlində dürmələnmişdir. O Ucadır və onların ortaq qoşduqlarından çox Üstündür.


Rahmən/55:37 Göy parçalanıb, yağ kimi əridiyi və qırmızı bir gülə çevrildiyi zaman...

Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.


Muzzəmmil/73:17 Bəs, inkar edərsinizsə, uşaqların saçlarını ağardan bir gündən necə qorunarsınız?
Muzzəmmil/73:18 Göy belə ondan ötrü yarılar. Onun sözü gerçəkləşər.


Nəbə/78:18 Sura üfürüldüyü gün, hamınız dəstə-dəstə gələrsiniz.


İnfitar/82:5 Hər kəs, etdiyini və etmədiyini öyrənəcəkdir.