Nəbə - 78:30
Elə isə dadın, sizin sadəcə cəzanızı artıracağıq.
"Allah etdiklərinizi dadın, deyəcəkdir.": Əlaqəli
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
Səcdə/32:14
Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.
Fatir/35:37
Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Zumər/39:24
Dirilmə Gününün əzabından üzünü qoruyan kimsə kimisi vardırmı? Zalımlara, "Qazandığınızın nəticəsini dadın," deyilər.
Əhqaf/46:34
İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Ali İmran/3:106
O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."
Ənkəbut/29:55
Gün gələcək əzab üstlərindən və ayaqlarının altından onları sarıb örtəcək və (Tanrı onlara), "Etdiklərinizi dadın!" deyəcəkdir.