Nəbə - 78:40
Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.
"Kaş ki, torpaq olsaydım!" deyər: Əlaqəli
Haqqə/69:25
Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,
Haqqə/69:26
"Hesabımın nə olduğunu öyrənməyəydim."
Haqqə/69:27
"Kaş ki, ölümüm sonsuz olsaydı."
Haqqə/69:28
"Param (pulum) mənə fayda vermədi."
Haqqə/69:29
"Bütün gücümü itirdim."
Haqqə/69:30
Tutun, bağlayın onu.
İnşiqaq/84:10
Kitabı arxasından verilən isə,
İnşiqaq/84:11
Məhv olmağı arzulayacaq,
İnşiqaq/84:12
Və bir atəşdə yanacaqdır.
Kəhf/18:49
Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.