Əraf - 7:103 Sonra, onların ardından Firon və əyanlarına Musanı ayə və möcüzələrimizlə göndərdik; fəqət ayə və möcüzələrimizə qarşı haqsızlıq etdilər. Fəsad törədənlərin sonunun necə olduğuna diqqət et!
Fironun tərəfdarı kimlərdir?
Ənkəbut/29:39 Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.

Ğafir/40:23 Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24 Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.