Əraf - 7:129
"Sən bizə gəlmədən öncə də, bizə gəldikdən sonra da əziyyətə məruz qaldıq," dedilər. (Musa da) "Ola bilər ki, Rəbbiniz düşməninizi məhv edərək onların yerinə sizləri yer üzünə yerləşdirsin və sonra necə davranacağınıza baxsın," dedi.
Allah cəmiyyətləri yer üzünə yerləşdirib imtahan edər.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Bəqərə/2:35
“Adəm! Zövcənlə birlikdə Cənnətdə qal. İstədiyiniz yerdə ondan bolca yeyin; ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız!" - dedik.
Bəqərə/2:36
Şeytan, onları oradan çaşdırıb olduqları yerdən çıxartdı. Nəhayət, “Bir-birinizə düşmən olaraq aşağı enin! Yer üzündə müəyyən olunmuş vaxta qədər qalıb yaşayacaqsınız,” dedik
Əraf/7:22
Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:23
Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:24
(Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Əraf/7:25
(Allah) dedi ki: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız."
Əraf/7:26
Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Zəriyət/51:56
Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.
Ənbiya/21:35
Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.