Əraf - 7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
Doğru yol nə deməkdir?
Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."

Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."