Əraf - 7:150
Musa, qəzəbli və məyus halda xalqına döndüyü zaman, "Məndən sonra arxamdan necə də pis işlər gördünüz! Rəbbinizin əmrinə dözə bilmədinizmi?" dedi, lövhələri yerə atdı, qardaşının başını tutub özünə doğru çəkdi. (Qardaşı:) "Anamın oğlu, dedi, bu xalq mənim zəifliyimdən faydalandı, az qalmışdı məni öldürəcəkdilər. Üzərimə gələrək düşməni güldürmə, məni bu zalım xalqla eyni tutma."
Musanın xalqı nə üçün buzova qulluq/xidmət etdi?
Bəqərə/2:93
Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
وَاِذْ اَخَذْنَا م۪يثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَۜ خُذُوا مَٓا اٰتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُواۜ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَاُشْرِبُوا ف۪ي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْۜ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِه۪ٓ ا۪يمَانُكُمْ اِنْ كُنْتُمْ مُؤْمِن۪ينَ
Maidə/5:71
İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.
وَحَسِبُٓوا اَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللّٰهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَث۪يرٌ مِنْهُمْۜ وَاللّٰهُ بَص۪يرٌ بِمَا يَعْمَلُونَ