Əraf - 7:158
De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Ümmi nə deməkdir?
Bəqərə/2:78
Aralarında ümmilər var ki, boş şeylərə və (ağızdan-ağıza) eşitdiklərindən başqa kitabı bilməzlər; bildiklərini zənn edərlər.
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.