Əraf - 7:187 Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
"Sankı ondan xəbərdarsanmış kimi səndən soruşurlar." Əlaqəli
Cinn/72:25 De ki, "Sizə söz verilən yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddətmi müəyyən etmişdir bilmirəm."
قُلْ اِنْ اَدْر۪ٓي اَقَر۪يبٌ مَا تُوعَدُونَ اَمْ يَجْعَلُ لَهُ رَبّ۪ٓي اَمَداً

Əhzab/33:63 İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."
يَسْـَٔلُكَ النَّاسُ عَنِ السَّاعَةِۜ قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِۜ وَمَا يُدْر۪يكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَر۪يباً

Naziat/79:42 Səndən, "Saat (dünyanın sonu) nə zaman gerçəkləşəcəkdir?" deyə soruşurlar.
يَسْـَٔلُونَكَ عَنِ السَّاعَةِ اَيَّانَ مُرْسٰيهَاۜ