Əraf - 7:4 Məhv etdiyimiz neçə-neçə topluluqlar, yatdıqları vaxt, yaxud günorta vaxtı başları işlərinə qarışmışkən əzabımız onlara yetişdi.
Öncəki nəsillərin məhv edilmələri:
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.