Əraf - 7:86
"Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
7: 85, , 93 ilə əlaqəli: Mədyənlilər və Şueyb:
Şuəra/26:176
Əykə xalqı da elçiləri yalanladı.
Şuəra/26:177
Qardaşları Şueyb onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:178
"Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:179
"Allahı dinləyin və mənim ardımca gəlin!"
Şuəra/26:180
"Buna qarşı sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:181
"Ölçüyə tam riayət edin. Aldadanlardan olmayın."
Şuəra/26:182
"Doğru tərəzi ilə çəkin."
Şuəra/26:183
"İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Şuəra/26:184
"Sizi və öncəki nəsilləri Yaradanı saya salıb dinləyin."
Şuəra/26:185
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:186
"Sən sadəcə bizim kimi bir insansan və biz sənin yalan söylədiyinə inanırıq."
Şuəra/26:187
"Doğru sözlüsənsə, göydən üzərimizə kütlələr endir."
Şuəra/26:188
(Şueyb) dedi ki, "Rəbbim sizin nə etdiyinizi çox yaxşı bilir."
Şuəra/26:189
Onu yalanladılar və nəticə olaraq Sayvan Gününün (Kölgəli Gününün) cəzası onları yaxaladı; Müdhiş bir günün cəzası idi.
Əraf/7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Əraf/7:86
"Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
Əraf/7:87
"Madam ki, sizdən bir qismi mənimlə göndərilən mesaja iman etmiş, bir qismi də iman etməmişdir, elə isə Allah aramızda hökm verincəyə qədər səbr edin. O Hökm verənlərin ən yaxşısıdır."
Əraf/7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:89
"Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."
Əraf/7:90
Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.
Əraf/7:91
Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Əraf/7:92
Şueybi yalanlayanlar sanki heç orada yaşamamışlar kimi məhv oldular. Şueybi yalanlayanların özləri əsil ziyana uğrayanlar oldular.
Əraf/7:93
Onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin mesajını çatdırdım, öyüd-nəsihət verdim. İnkar edən bir topluluğa görə necə heyfsilənə bilərəm?"
Hud/11:84
Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
Hud/11:85
"Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Hud/11:86
"İman edirsinizsə, Allahın (halal) etdiyi, sizin üçün daha yaxşıdır. Mən sizin üzərinizdə nəzarətçi deyiləm."
Hud/11:87
Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."
Hud/11:88
Dedi: "Xalqım, baxın, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və mənə Öz tərəfindən gözəl bir nemət bağışlamışsa...? Sizə qadağan etdiyim bəzi şeylər, sizə zidd getmək istədiyim üçün deyildir. Mən ancaq gücüm yetdiyincə reform (islahat) etmək istəyirəm. Müvəffəqiyyətim ancaq Allahdandır. Ona güvəndim və Ona yönəlirəm."
Hud/11:89
"Xalqım, mənə qarşı çıxmanız, əsla sizi Nuh xalqının, və ya Hud xalqının, yaxud Saleh xalqının başına gələnlər kimi bir fəlakətə götürməsin. Üstəlik, Lut xalqı sizdən çox da uzaqda deyil."
Hud/11:90
"Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."
Hud/11:91
Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Hud/11:92
Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
Hud/11:93
"Xalqım, əlinizdən gələni edin; mən də edəcəyəm. Alçaldıcı əzabın kimə gələcəyini və kimin yalançı olduğunu irəlidə biləcəksiniz. Ümidlə gözləyin, mən də sizinlə birlikdə ümidlə gözləyirəm."
Hud/11:94
Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
Hud/11:95
Sanki orada heç yaşamamışlar kimi... Səmud (xalqı), necə məhv edildisə, Mədyən (xalqı) da eləcə məhv edildi.
Ənkəbut/29:36
Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
Ənkəbut/29:37
Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Qaf/50:14
Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.
Tovbə/9:70
Nuhun xalqı, Ad, Səmud, İbrahim xalqı, Mədyən sakinləri və alt-üst olmuş ölkələrin (Sodom ve Gomorra) xalqları kimi özlərindən öncəkilərin xəbərləri onlara yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Allah onlara zülm etmirdi, əksinə onlar öz-özlərinə zülm edirdilər.
Həcc/22:43
İbrahimin xalqı, Lutun xalqı da...
Həcc/22:44
Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...