Əraf - 7:90 Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.
Axirətdə ziyana uğrayanlar:
Bəqərə/2:27 O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!
Bəqərə/2:121 Onlara verdiyimiz kitabı olduğu kimi izləyənlər, buna (Qurana) iman edir; inkar edənlər isə, ziyana uğrayar.

Ali İmran/3:85 Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.
Ali İmran/3:149 Ey iman edənlər! İnkar edənlərə tabe olarsanız, sizi geriyə döndərərlər və ziyana uğrayanlardan olarsınız.

Ənam/6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!

Əraf/7:178 Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, ziyana uğrayacaqlar.

Ənfal/8:36 İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
Ənfal/8:37 Beləcə Allah pisi yaxşıdan ayırd edər. Pisləri üst-üstə qoyub toplayar və cəhənnəmə yollayar. Bax ziyana uğrayanlar onlardır.

Tovbə/9:17 Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
Tovbə/9:69 Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.

Yunus/10:45 Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.
Yunus/10:95 Əsla, Allahın ayələrini yalanlayanlardan olma, yoxsa ziyana uğrayanlardan olarsan.

Hud/11:21 Onlar, şəxsiyyətlərini itirənlərdir. Və uydurduqları şeylər də onları tərk etmişdir.
Hud/11:22 Heç şübhə yox ki, onlar axirətdə ən çox ziyana uğrayanlardır.
Hud/11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."

İbrahim/14:18 Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
Nəhl/16:107 Çünki onlar dünya həyatını axirətdən üstün tutdular. İnkar edən topluluğu Allah doğru yola yönəltməz.
Nəhl/16:108 Bax onlar, Allahın qəlblərini, eşitmə və görmələrini möhürlədiyi kimsələrdir. Onlar qafillərdir.
Nəhl/16:109 Heç şübhə yox ki, onlar axirətdə ziyana uğrayacaqlar.

Ta ha/20:61 Musa onlara dedi ki: "Sizə təəssüflər olsun! Allaha qarşı yalan uydurmayın, sonra sizi bir əzab ilə pərişan edər. İftira edənlər şübhəsiz ziyana uğrayacaqdır."
Ta ha/20:111 Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.

Həcc/22:11 İnsanlardan elələri vardır ki, Allaha şərti olaraq qulluq edər. İşləri yolunda gedincə sevinər; ancaq başına bir bəla gəlincə üzünü çevirər. Beləcə dünyanı da, axirəti də itirər. Gerçək itki bax budur.

Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
Qasas/28:79 Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80 Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Qasas/28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.

Zumər/39:14 De ki, "Dinimi yalnız Allaha xas edərək Ona qulluq/xidmət edirəm."
Zumər/39:15 "Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini  ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.
Zumər/39:63 Göylərin və yerin qərarları Ona aiddir. Allahın ayələrini yalanlayanlar, məhz onlar, ziyana uğrayanlardır!
Zumər/39:64 De ki, "Allahdan başqasınamı qulluq etməyə məni təşviq edirsiniz, ey cahillər?"
Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Şura/42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.

Əhqaf/46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
Əhqaf/46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.

Mucadilə/58:19 Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.

Munafiqun/63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.