Buruc - 85:14 O Bağışlayandır, Sevəndir.
Allah kimləri sevməz?
Loğman/31:18 "Təkəbbür göstərərək insanları alçaltma, yer üzündə də özünü darta-darta gəzib dolanma. Allah özünü bəyənib öyünəni sevməz."

Bəqərə/2:190 Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Bəqərə/2:205 Dönüb gedincə, yer üzündə fəsad törətmək, malı və nəsli məhv etmək üçün səy göstərər. Allah fəsadı sevməz.
Bəqərə/2:276 Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.

Ali İmran/3:32 “Allaha və Elçiyə itaət edin,” - de. Üz çevirərlərsə, əlbəttə Allah inkar edənləri sevməz.
Ali İmran/3:57 İman edib müttəqi bir həyat sürənlərə gəlincə, mükafatlarını tam olaraq ödəyəcək. Allah zalımları sevməz.

Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Nisa/4:107 Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:148 Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.

Maidə/5:87 Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı şeyləri haram etməyin. Həddi aşmayın. Allah həddi aşanları sevməz.

Ənam/6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.

Ənfal/8:58 Bir topluluğun xəyanəti səni narahat edirsə, sən də eyni şəkildə (diplomatik əlaqəni kəsib) at. Şübhəsiz Allah xainləri sevməz.

Nəhl/16:23 Şübhəsiz ki, Allah onların gizlədiklərini də, açığa çıxardıqlarını da bilir. O, təkəbbür göstərənləri sevməz.

Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."

Ğafir/40:28 Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."

Şura/42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.