Ənfal - 8:10
Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
Allah istədiyini zəfərlə dəstəkləyər:
Ənfal/8:17
Onları siz öldürmədiniz, fəqət Allah öldürdü. Atdığın zaman da sən atmırdın; Allah atırdı. Fəqət beləcə iman edənləri gözəl bir sınaqla sınadı. Allah Eşidəndir, Biləndir.
Ali İmran/3:13
Qarşılaşan iki orduda sizin üçün bir dərs var. Ordulardan biri Allah yolunda savaşarkən, digəri də inkarçı idi. Onları (iman edənləri), gözləri ilə özlərinin iki qatı olaraq görürdülər. Allah istədiyini zəfərlə dəstəkləyər. Bunda fikir sahibləri üçün bir ibrət vardır.
Ali İmran/3:123
Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.
Ali İmran/3:126
Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
Nisa/4:141
Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.
Maidə/5:52
Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Ənfal/8:10
Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
Tovbə/9:14
Onlarla savaşın ki, Allah əllərinizlə onları cəzalandırıb, rəzil etsin, sizi zəfərə yetişdirsin və iman edən camaatın qəlbini sevindirsin,
Ənkəbut/29:10
İnsanlardan, "Allaha iman etdik," deyənlərdən bəziləri var ki, Allah yolunda çətinliyə düşüncə insanların zülm və işgəncəsini Allahın cəzası kimi hesab edər. Amma Rəbbindən sənə bir zəfər gəlsə, "Biz sizinlə birlikdə idik," deyərlər. Allah hər kəsin ən gizli düşüncələrini bilməzmi?
Rum/30:4
Bir neçə il içində. İş, önündə, sonunda Allaha aiddir. O gün iman edənlər sevinəcəklər.
Rum/30:5
Allahın zəfəri ilə... O istədiyini zəfərə yetişdirir. O Üstündür, Rəhmlidir.
Fəth/48:3
Və Allah səni üstün bir zəfərlə dəstəkləsin.
Fəth/48:18
Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.
Fəth/48:27
Allah elçisinin röyasını gerçəkləşdirdi: "Allah istəyərsə, güvənlik içində, başlarınızı (saçlarınızı) qırxdırmış və qısaltmış olaraq Müqəddəs Məscidə daxil olacaqsınız. Bir qorxu hiss etməyəcəksiniz. Sizin bilmədiklərinizi bildiyindən, sizə bundan öncə acil bir zəfər hazırlamışdır."
Saff/61:13
Bundan başqa sevdiyiniz bir şey daha: Allahdan bir dəstək və yaxın bir zəfər... İman edənləri müjdələ.