Ənfal - 8:10 Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
İlişkili:
Ənfal/8:9 Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:10 Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.

Tovbə/9:117 Allah, peyğəmbərin, köç (hicrət) edənlərin və yardım edənlərin tövbəsini qəbul etmişdir. Onlar, özlərindən bir dəstənin qəlblərinin az qalsın döndüyü çətin anda ona tabe olmuşdular. Sonra onların yönəlişini (tövbəsini) qəbul etdi. O, onlara qarşı çox Şəfqətlidir, Rəhmlidir.

Əhzab/33:9 Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Əhzab/33:10 Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.
Əhzab/33:11 İman edənlər orada sınanmış və şiddətlə sarsılmışdılar.
Əhzab/33:21 Allahı və Axirət gününü arzulayan və Allahı daha çox xatırlayanlarınız üçün Allahın elçisində gözəl bir örnək vardır.
Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.

Tovbə/9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.

Ali İmran/3:153 Elçi arxanızdan çağırmasına rəğmən siz heç kimsəyə dönüb baxmadan təpəyə dırmanırdınız. İtirdiklərinizə və başınıza gələnlərə üzülməyəsiniz deyə sizə kədər üstünə kədər verdi. Allah etdiklərinizdən Xəbərdardır.
Ali İmran/3:154 Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.