Ənfal - 8:29 Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Allahı dinləmək; elçiyə və mesaja itaət etməyi həyata keçirmək ilə gerçəkləşir:
Zuxruf/43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."

Şuəra/26:106 Qardaşları Nuh onlara demişdi ki, "Dinləyib müttəqi davranmayacaqsınız?"

Talaq/65:10 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Elə isə, ey ağıl sahibi olan iman edənlər, Allahı dinləyin. Allah sizə mesaj endirmişdir.
Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.
Talaq/65:1 Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.

Ənam/6:153 Bax bu mənim ən doğru yolumdur. Ona tabe olun, başqa yollara uymayın; çünki onlar, sizi Onun yolundan ayırırlar. Bunlar, dinləyərsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.

Tovbə/9:119 Ey iman edənlər, Allahı dinləyin və doğrularla bərabər olun.

Əraf/7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Hədid/57:28 Ey iman edənlər, Allaha hörmət qoyub dinləyin və elçisinə iman edin ki, rəhmətindən sizə iki pay versin, sizə, aydınlığında yeriyə biləcəyiniz bir nur bəxş etsin və sizi bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:50 "Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."

Maidə/5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.

Bəqərə/2:282 Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
Bəqərə/2:278 Ey iman edənlər! Gerçəkdən iman edirsinizsə Allahı dinləyin və hər növ sələmdən (ribadan) qalan qalığı tərk edin.