Ənfal - 8:35 Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.
Müşriklərin namazları:
Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
اِنَّ الْمُنَافِق۪ينَ يُخَادِعُونَ اللّٰهَ وَهُوَ خَادِعُهُمْۚ وَاِذَا قَامُٓوا اِلَى الصَّلٰوةِ قَامُوا كُسَالٰىۙ يُرَٓاؤُ۫نَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللّٰهَ اِلَّا قَل۪يلاًۘ

Tovbə/9:54 Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.
وَمَا مَنَعَهُمْ اَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ اِلَّٓا اَنَّهُمْ كَفَرُوا بِاللّٰهِ وَبِرَسُولِه۪ وَلَا يَأْتُونَ الصَّلٰوةَ اِلَّا وَهُمْ كُسَالٰى وَلَا يُنْفِقُونَ اِلَّا وَهُمْ كَارِهُونَ

Maun/107:5 Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.
اَلَّذ۪ينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَۙ

Ənfal/8:35 Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ اِلَّا مُكَٓاءً وَتَصْدِيَةًۜ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ