Ənfal - 8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
Savaş qənimətləri haqqında:
Ənfal/8:1
Səndən savaş qənimətləri haqqında soruşurlar. De ki: "Qənimətlər Allahın və Elçisinindir." Allahı dinləyin, aranızı düzəldin. İman edirsinizsə, Allaha və Elçisinə tabe olun.
Ali İmran/3:161
Bir peyğəmbər qənimət mallarından haqqından artığını ala bilməz. Kim haqqından artığını alarsa dirilmə günü o artıq götürdüyü ilə gələr. Sonra hər kəsə qazandığının qarşılığı tam ödənər və haqsızlığa uğradılmazlar.
Ənfal/8:41
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə qulumuza nazil etdiyimizə və Allaha iman edirsinizsə, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri Allahın və elçisinindir. Bu pay, əqrəbalar, yetimlər, yoxsullar və yolda qalmışların haqqıdır. Allah hər şeyə Güc Yetirəndir.
Həşr/59:7
Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).
Ənfal/8:67
Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.
Ənfal/8:68
Allahın daha öncə qoyduğu bir qanun olmasaydı, aldıqlarınıza görə sizə böyük bir əzab toxunacaqdı.
Ənfal/8:69
Artıq ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyə bilərsiniz. Allahı dinləyin. Allah Bağışlayandır, Rəhmlidir.
Fəth/48:18
Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.
Fəth/48:19
Əlavə olaraq, çoxlu qənimət ələ keçirdilər. Allah Üstündür, Hikmət Sahibidir.
Fəth/48:20
Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.
Mumtəhənə/60:11
Kafirlərə qatılan həyat yoldaşlarınız vasitəsi ilə bir şeylər itirdikdən sonra (qənimət və ya sizə qatılanlar vasitəsi ilə bir şeylər qazanıb) üstün gələrsinizsə, həyat yoldaşlarını itirənlərə, onların xərcləmiş olduqları mehr qədər verin. İman etdiyiniz Allahı dinləyin.