Şəms - 91:12
Ən azğınları əmrlərə qarşı gəlmişdi.
Azğınlar:
Fəcr/89:6
Görmədinmi, Rəbbin nə etdi Ad xalqına?
Fəcr/89:7
Yüksək qüllələr sahibi İrəmə ki;
Fəcr/89:8
Heç bir ölkədə bənzəri ortaya qoyulmamışdı?
Fəcr/89:9
Vadidəki qayaları oyan Səmuda?
Fəcr/89:10
Və piramidalar sahibi Firona?
Fəcr/89:11
Bütün bunlar ölkələrində azmışdılar.
Fəcr/89:12
Oralarda pislikləri yaymışdılar.
Şuəra/26:91
Azğınlar üçün də Cəhənnəm ortaya qoyulacaqdır.
Şuəra/26:92
Onlara belə deyilər, "Hanı qulluq/xidmət etdikləriniz, haradadır -"
Şuəra/26:93
"- O Allahdan başqa? Sizə indi yardım edə bilirlərmi? Özlərinə belə yardımları toxuna bilirmi?"
Şuəra/26:94
Azğınlarla birlikdə baş aşağı oraya atılacaqlar.
Şuəra/26:94
Azğınlarla birlikdə baş aşağı oraya atılacaqlar.
Şuəra/26:95
İblisin bütün əsgərləri də...
Şuəra/26:96
Orada höcətləşərək belə danışacaqlar:
Şuəra/26:97
"Allaha and olsun, biz gerçəkdən çox açıq-aydın bir azğınlıq içində imişik."
Şuəra/26:98
"Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Sad/38:55
Bu belədir; azğınlar isə pis bir yerə layiqdirlər.
Sad/38:56
Cəhənnəmdə yanarlar; nə pis bir məskəndir!
Sad/38:57
Bax onu dadsınlar: Qaynar su və irin.
Sad/38:58
Bunlara bənzər daha başqaları da vardır.
Sad/38:59
"Bunlar sizinlə birlikdə səs-küylü sürüklənən bir qrupdur." (Deyilincə, cəhənnəmdəki liderlər) "Onlar xoş gəlmədilər. Onlar atəşdə yanacaqlar."
Sad/38:60
Onlanlar da deyərlər ki, "Əslində siz xoş gəlmədiniz. Bizi bu vəziyyətə siz saldınız; necə də pis bir aqibət!"
Sad/38:61
"Rəbbimiz, kim bizi bu vəziyyətə saldısa onun cəzasını atəşdə iki qat olaraq artır," deyə əlavə edərlər.
Sad/38:62
"Necə olur ki, pis olaraq hesab etdiyimiz insanları görə bilmirik?"
Sad/38:63
"Onlarla istehza edirdik. Yoxsa onları gözlərimizdənmi yayındırdıq?"
Sad/38:64
Cəhənnəm əhlinin bir-biri ilə höcətləşməsi bir gerçəkdir.
Zumər/39:17
Kim Tağuta (Azğına) qulluq etməkdən çəkinər və Allaha yönələrsə, onlar üçün müjdə vardır. Qullarımı müjdələ!
Nisa/4:60
Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Nisa/4:76
İman edənlər Allah yolunda savaşırlar. Kafirlər isə azğınların və despotların yolunda savaşırlar. Elə isə şeytanın dostlarıyla savaşın; şeytanın planı zəifdir.
Yunus/10:74
Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.
Zumər/39:60
Dirilmə Günü, Allah haqqında yalan uyduranların üzlərini üzüntülü görərsən. Cəhənnəm, azğınlar üçün tam uyğun bir yer deyilmi?
Şəms/91:11
Səmud (xalqı), azğınlığı üzündən yalanladı.
Ələq/96:6
Doğrusu, İnsan azar;
Ələq/96:7
Zənginlik göstərərək.
Saffat/37:26
Xeyr, o gün tamamilə təslim olmuşdurlar.
Saffat/37:27
Dönüb bir-birlərini sorğu-suala çəkərlər.
Saffat/37:28
"Siz bizə sağ tərəfimizdən yaxınlaşırdınız," deyərlər.
Saffat/37:29
Deyərlər ki, "Əslində siz iman etmiş kimsələr deyildiniz."
Saffat/37:30
"Bizim sizin üzərinizdə hər hansısa bir gücümüz yox idi. Əksinə siz azmış bir topluluq idiniz."
Saffat/37:31
"Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:32
"Biz azmışdıq. Sizi də azdırdıq."
Saffat/37:33
Beləcə, o gün onlar əzabda ortaqdırlar.
Saffat/37:34
Biz günahkarlar üçün belə edərik.