Şəms - 91:13 Allahın elçisi, onlara, "Allahın dəvəsinə və onun suyuna toxunmayın," demişdi.
Səmuda göndərilən elçi:
Əraf/7:73 Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."

Hud/11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.

Nəml/27:45 Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.