Leyl - 92:6
Və təsdiqləyərsə ən gözəli,
Doğrulanması lazım olan 'ən gözəl'dən məqsəd Qurandır.
Leyl/92:6
Və təsdiqləyərsə ən gözəli,
Zumər/39:18
O kəslər ki, sözü dinləyərlər və ən gözəlinə tabe olarlar. Onlar, Allahın yol göstərdiyi kimsələrdir. Onlar ağıl sahibləridir.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
Zumər/39:55
O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Zumər/39:33
Gerçəyi gətirən və onu təsdiqləyənə gəlincə, məhz onlar müttəqilərdir.
Nisa/4:170
Ey insanlar! Elçi Rəbbinizdən gerçəyi gətirmişdir. Öz xeyriniz üçün iman etməlisiniz! İnkar edərsinizsə, bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. Allah Biləndir, Hikmət sahibidir.