Ələq - 96:5 İnsana bilmədiklərini öyrətdi.
Allah, din adına bilmədiklərimizi kitabı yoluyla (vasitəsiylə) öyrədir:
Bəqərə/2:128 "Rəbbimiz! İkimizi Sənə təslim olanlar (müsəlmanlar) et. Soyumuzdan da Sənə təslim olan bir topluluq çıxar. Bizə necə ibadət edəcəyimizi göstər, Sənə yönəlməmizi qəbul et, şübhəsiz Sən yönəlmələri qəbul edənsən, Rəhimsən."

Ənam/6:91 "Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.

Nisa/4:113 Allahın sənə lütfü və rəhməti olmasaydı, onlardan bir qrup səni azdıracaqdı. Onlar, yalnız özlərini azdırır; sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitab və hikməti nazil etdi və sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənə olan lütfü böyükdür.