Zəlzələ - 99:1 Yerin qorxunc bir zəlzələ ilə sarsıldığı,
1, 2... 5 ayetleri bağlamında; Dünyanın sonunda yerin durumu:
Fəcr/89:21 Doğrusu, yer toqquşub paralandığı zaman,
كَلَّٓا اِذَا دُكَّتِ الْاَرْضُ دَكاًّ دَكاًّۙ

Kəhf/18:47 Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْاَرْضَ بَارِزَةًۙ وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَداًۚ

Ta ha/20:105 Səndən dağları soruşarlar. De ki, "Rəbbim onları ovxalayıb sovuracaq."
وَيَسْـَٔلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبّ۪ي نَسْفاًۙ
Ta ha/20:107 "Orada nə xırda bir əyrilik, nə də kiçik bir təpə görəcəksən."
لَا تَرٰى ف۪يهَا عِوَجاً وَلَٓا اَمْتاً


Haqqə/69:14 Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
وَحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً


Muzzəmmil/73:14 Gün gələr, yer və dağlar titrəyər və dağlar dağılan qum yığınına dönüşər.
يَوْمَ تَرْجُفُ الْاَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَث۪يباً مَه۪يلاً