Tovbə - 9:12 Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
Kafirlərlə savaşarkən:
Ənfal/8:57 Savaşda onları yaxalasan, onları özlərindən sonrakılara ibrət olacaq şəkildə darmadağın et. Bəlkə dərs alarlar.
Ənfal/8:58 Bir topluluğun xəyanəti səni narahat edirsə, sən də eyni şəkildə (diplomatik əlaqəni kəsib) at. Şübhəsiz Allah xainləri sevməz.
Ənfal/8:60 Onlar üçün əlinizdən gələn qüvvət və atlı birliklər (döyüş maşınları) hazırlayıb səfərbər edin. Beləcə onlarla Allahın düşmənlərini, düşmənlərinizi və onlardan başqa bilmədiyiniz, ancaq Allahın bildiyi kimsələri çəkindirərsiniz. Allah yolunda nə xərcləsəniz sizə tam olaraq ödənər və heç haqsızlığa məruz qalmazsınız.
Ənfal/8:60 Onlar üçün əlinizdən gələn qüvvət və atlı birliklər (döyüş maşınları) hazırlayıb səfərbər edin. Beləcə onlarla Allahın düşmənlərini, düşmənlərinizi və onlardan başqa bilmədiyiniz, ancaq Allahın bildiyi kimsələri çəkindirərsiniz. Allah yolunda nə xərcləsəniz sizə tam olaraq ödənər və heç haqsızlığa məruz qalmazsınız.

Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.

Saff/61:4 Allah Öz yolunda (birləşərək) möhkəm bir divar kimi tərtibli birliklər halında savaşanları sevər.

Muhəmməd/47:4 Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.

Ali İmran/3:121 Bir vaxt sən, səhər tezdən ailəndən ayrılaraq iman edənləri savaş mövqelərinə yerləşdirirdin. Əlbəttə Allah Eşidir, Bilir.

Ənfal/8:15 Ey iman edənlər! Sizə qarşı düşməncə hərəkətə keçən kafirlərlə qarşılaşdığınızda arxanızı onlara çevirməyin.
Ənfal/8:16 Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.

Tovbə/9:123 Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.

Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.

Nisa/4:104 O topluluğu təqib etməkdə səhlənkarlıq etməyin. Siz acı çəkirsinizsə, onlar da sizin kimi acı çəkir. Fəqət siz, onların Allahdan ummadığını umursunuz. Allah Biləndir, Hikmət Sahibidir.

Ali İmran/3:140 Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Ali İmran/3:152 Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Nisa/4:101 Yer üzündə savaş üçün səfərə çıxdığınız zaman inkar edənlərin sizə hücum etməsindən qorxursunuzsa namazı qısaltmanızda bir günah yoxdur. Şübhəsiz inkar edənlər sizin açıq-aydın düşməninizdir.

Ənfal/8:46 Allaha və elçisinə tabe olun, mübahisə etməyin, yoxsa zəifləyib gücünüzü itirərsiniz. Çətinliklərə qarşı müqavimət göstərin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.

Tovbə/9:41 İstər yüngül, istərsə də ağır olaraq savaşa çıxın. Paralarınızla və canlarınızla Allah yolunda cihad edin! Bu sizin üçün daha yaxşıdır, bir bilsəydiniz.
Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
Tovbə/9:121 Böyük və ya kiçik, etdikləri hər yardım və keçdikləri hər vadi onlar üçün (əlavə) mükafat olaraq yazılar. Allah etdiklərinin ən gözəliylə onları mükafatlandırar.

Ənbiya/21:80 Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?