Tovbə - 9:20 İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.